13 Fevral 23:05
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanı yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq.

Teleqraf.com xəbər verir ki, bu barədə İslam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı bildirib.

“İxtilafların sülh yolu ilə həllinə çağırır və hesab edirik ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”, - deyə Kənani qeyd edib.

O, həmçinin iki dövlət arasında sülh sazişinin bağlanmasının sürətləndirilməsini zəruriliyini ifadə edib.

Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər