NATO çərşənbə günü 18 üzvünün müdafiə xərclərinin 2024-cü ildə ÜDM-in 2 faizi hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti NATO-dakı mənbələrə istinadən bildirib.
"NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2 faizlik hədəfə çatacağını gözləyir", - deyə qeyd olunub.
2016-cı ildə yalnız beş alyans üzvü ÜDM-in 2 faizdən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda belə ölkə 7 idisə, 2023-cü ildə bu rəqəm 11-ə çatıb.