Rusiya hərbi donanmasının böyük desant gəmisi Krım yaxınlığında (Qara dəniz) batıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Krımski Veter” Teleqram kanalı məlumat yayıb.
“Böyük desant hücum gəmisinin eşidilən partlayışlardan sonra batdığı iddia olunur. Məlumat hələlik rəsmən təsdiqlənməyib”, - məlumatda deyilir.
Sözügedən gəminin “Sezar Kunikov” olduğu, Ukrayna ordusu tərəfindən PUA-larla vurulduğu bildirilib.