14 Fevral 22:58
10 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələri yaxın on ildə Rusiya ilə müharibə vəziyyətində ola bilər. Moskva Qərblə qarşıdurmaya hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Business Insider” yazır.

“Böyük ehtimalla Kreml yaxın onillik üçün NATO ilə mümkün toqquşma proqnozlaşdırır”, - nəşr Estoniya Xarici Kəşfiyyat Xidmətinə istinadla bildirib.

Rəsmi Tallin yaxın illərdə Estoniya sərhədi yaxınlığında Rusiya qüvvələrinin ciddi şəkildə artacağını gözləyir.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Kaupo Rosin bildirib ki, Ukraynadakı müharibəni nəzərə alındıqda qısa müddətdə Rusiyanın ölkəsinə hücumu ehtimalı çox azdır. Onun sözlərinə görə, NATO üzvləri müdafiəni gücləndirməsə, hücum yenə də baş verə bilər.

“Rusiya uzunmüddətli qarşıdurma yolunu seçdi. Hazır olmasaq, Rusiyanın hərbi hücumu ehtimalı heç bir hazırlıqsız olduğundan qat-qat yüksək olacaq”, - Rosin deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər