Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yaxın zamanda Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərə hazırlıq məsələsi nazirliyin rəhbəri Qnel Sanosyan və Qazaxıstan səfiri Bolat İmanbayev arasında baş tutan görüşdə müzakirə edilib.
Tərəflər həmçinin bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.