Ukraynanın F-16 döyüş təyyarələri ilə təmin edilməsi məsələsi artıq həll olunub, tezliklə ölkəmizin səmasında görünəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
“F-16 ilə bağlı məsələ həll olunub, məncə bunu hamı bilir. Bəzi təfərrüatlar var, amma bunlar texniki məsələlərdir: təhvil-təslim, infrastruktur hazırlığı, təyyarələrə xidmət, aerodrom və uçuş heyətinin hazırlığı”, - ölkənin baş kəşfiyyatçısı bildirib.
Eyni zamanda, Ukraynanın F-16ö-ları nə vaxt alacağı ilə bağlı suala Budanov gözləməyi tövsiyə edib:
“Tezliklə - bu, son mərhələdir. Pilotlarımız təlimlərini başa vururlar. Ümid edirəm ki, yazda səmada görünəcəklər”.