Yanvarın 25-də Ukrayna Ali Radasının növbədənkənar iclası keçiriləcək.
Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun bloku” fraksiyasının lideri Yuri Lutsenko bildirib.
Məlum olduğu kimi, yanvarın 24-də Ukraynanın Mariupol şəhərinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb. İnsidentlə əlaqədar ölkə başçısı Səudiyyə Ərəbistanına səfərini yarımçıq kəsərək Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.
ATƏT müşahidəçilərinin məlumatlarına görə, Mariupol şəhəri separatçıların nəzarəti altında olan ərazidən atəşə tutulub.