15 Fevral 15:42
3 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən F-16 döyüş təyyarələrinin alınması ilə bağlı müqavilənin icrasına iyun-iyul aylarında başlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadla “TRT Haber” məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, ABŞ fevralın sonuna qədər Türkiyəyə lazımi təkliflər və rəsmi sənədləri təqdim edəcək.

“Heç bir şərt qoyulmur”, - mənbə bildirib və qeyd edib ki, tərəflər F-16-ların Türkiyədə yığılması ilə bağlı danışıqlar da aparırlar.

Razılaşmanın yekun təsdiqi prosesi ABŞ Konqresinin ötən həftənin sonunda bu məsələyə etiraz etməməsindən sonra başlayıb. Türkiyə Müdafiə Nazirliyi ilə ABŞ-nin “Lockheed Martin” istehsal şirkəti arasında təmaslar gözlənilir.

Türkiyə bir neçə il əvvəl ABŞ-dən F-16 “Block 70” döyüş təyyarələri və arsenalındakı mövcud təyyarələrin modernləşdirilməsi üçün komponentlər istəyib. Söhbət 40 yeni qırıcının alınmasından və 79 modernləşdiriləcək F-16-dan gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər