25 Yanvar 2015 05:14
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada ölkə prezidenti Nikolas Maduronun istefası tələbi ilə kütləvi nümayişlər keçirilir.

Teleqraf.com-un France Presse agentliyinə istinadən verdiyi xəbərə görə, etirazlara səbəb ölkədə güclü iqtisadi böhranın davam etməsidir.

Əhali ət, süd, şəkər və gündəlik tələbat mallarının çatışmamazlığından əziyyət çəkir. Son sorğulara əsasən, prezident Maduronun reytinqi 22%-ə düşüb.

Qeyd edək ki, Venesuelada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları artıq 1 ilə yaxındır ki davam edir.


Müəllif:

Oxşar xəbərlər