Türkiyə və Yunanıstan müdafiə nazirləri Brüsseldə ölkələrinin “Avropa Göy Qalxanı Təşəbbüsünə (ESSI) qatılmalarına dair Niyyət Protokolunu imzalayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İmza mərasimində iştirak edən Y. Güler bu addımın NATO kollektiv təhlükəsizlik prinsipi üçün vacib olduğunu vurğulayıb.