14 May 2014 00:47
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hakimiyyəti 2013-cü ilin oktyabrından bəri 14 dəfə kimyəvi silahdan istifadə edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə dünən Fransa Xarici İşlər naziri Loran Fabius bildirb.

Nazirin sözlərinə görə, Suriyada kimyəvi silah, xüsusilə xlor son bir neçə həftə ərzində az midarda da olsa, tətbiq edilib.

"Fransa təəssüf edir ki, ABŞ prezidenti Barak Obama Suriyaya zərbə endirilməsi barədə qərar əbul etmədi. Çünki bu, vəziyyəti xeyli dəyişə bilərdi. Ancaq zərbə endirməmək qərarı verildi və biz qətiyyən tarixin gedişini dəyişmək istəmirik", - Fabius deyib.

Nihad


Müəllif: