Gələcəkdə Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir və onlardan harada istifadə edəcəyini artıq bilir.
Teleqraf.com xəbər verir ki, bu fikri Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar söyləyib.
O bildirib ki, KAAN-ın F-35 və F-22 ilə rəqabət aparmaq üçün tam potensialı vardır.
“Beləliklə, dediyimiz kimi, uğur qazana bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən biri olacağıq”, - deyə səfir əlavə edib