16 Fevral 10:06
11 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Builki sammitdə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə baxılması gözlənilmir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Daniel Sayzek deyib.

“NATO üzvləri bilir və anlayırlar ki, ukraynalılar təcili və mümkün qədər tez NATO üzvü olmaq istəyirlər. Açığı, bu il NATO-nun sammitində bu gözlənilmir. Yəqin ki, müharibədən sonra”, - Amerika rəsmisi bildirib.

Sayzek qeyd edib ki, üzvlər arasında fikir ayrılığına baxmayaraq, son nəticədə alyansın Ukraynanın üzvlüyü ilə bağlı qərarı yekdil olaraq qalır. O xatırladıb ki, ötən il Vilnüsdə keçirilən sammitdə alyansın bütün üzvləri Ukraynanın NATO-da yerinin olduğunu söyləyiblər.

Rəsmi əlavə edib ki, hazırda əsas prioritet Rusiya təcavüzündən müdafiəyə yardım göstərməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər