16 Fevral 14:41
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynadakı 470 000 nəfərlik canlı qüvvəsi üçün ildə təxminən 4500 zirehli maşın istehsal edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun araşdırmasında deyilir.

Britaniyalı analitiklərinin fikrincə, bu avadanlıqların 80 faizi ya köhnədir, ya anbardan çıxarılıb, ya da təmir olunub və Rusiyanın ehtiyatları gec-tez tükənəcək.

İnstitut hesab edir ki, Ukrayna ordusu bütün bunları nəzərə alaraq, Rusiya qüvvələrini daha iki il cəbhədə saxlamalı və tükəndirməlidir, amma qərbli müttəfiqlərin köməyi olmadan bunu etmək çox çətin olacaq.

Ehtiyat anbarlarının qapılarını açan Rusiya ordusunun 2026-cı ilə qədər bunların böyük hissəsini tükəndirəcəyi proqnozlaşdırılır.

“Əlbəttə, Rusiya yeni avadanlıqların istehsalına daha çox vəsait yönəldə bilər, amma sıfırdan istehsal çox vaxt və resurs tələb edir. Ruslar üçün beynəlxalq sanksiyalar şəraitində məhsulların keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ortamüddətli perspektivdə də real deyil”, - analizdə qeyd olunur.

Bütün bunlar əsasında analitiklər belə qənaətə gəlirlər ki, qısamüddətli perspektivdə Rusiya hərbi sənayesi yeni zirehli maşınların istehsalını ciddi şəkildə artıra bilməyəcək.

“Köhnə hərbi ehtiyatlar bir-iki ildən tez tükənəcək. Amma Ukrayna sənayesi Rusiyadan qat-qat məhduddur, ona görə də müttəfiqlərindən çox asılıdır. Bütün bunlar o deməkdir ki, Ukrayna amansız tükəndirmə müharibəsində qalib gələ bilər, ancaq yardımın hesabına...”, - britaniyalı analitiklər söyləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər