Ekvador Rusiyadan aldığı hərbi texnikaları ABŞ-yə vermək qərarından geri çəkilib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın bu ölkədəki səfiri Vladimir Sprinçan Ekvador prezidenti ilə görüşdən sonra deyib.
“Ekvador Prezidenti Daniel Noboa ilə görüşdüm, ikitərəfli sazişləri ətraflı müzakirə etdik, son günlər ölkələr arasında yaranan bəzi problemləri vurğuladıq.
Ekvador təsdiqlədi ki, bitərəf statusu və BMT-də daimi üzvlüyünü nəzərə alaraq, münaqişəyə cəlb olunmasına imkan verə bilməz. Ekvadorun mövqeyi qaynar bölgələrə (Ukrayna – red.) silah-sursat göndərmək yox, münaqişələrin sülhlə və diplomatik yollarla həllinə töhfə verməkdir”, - səfir bildirib.
Sprinçan bunun Ekvadorun Rusiya texnikalarını ABŞ-yə təhvil verməyəcəyi anlamına gəldiyi barədə aydınlaşdırıcı suala “Bəli” cavabını verib.
Ekvador bundan əvvəl Rusiya texnikalarını Amerikaya verəcəyi, əvəzində müasir avadanlıqlar alacağını bəyan etmişdi. Qərar rəsmi Moskvanın sərt etirazına səbəb olmuşdu.