Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo hava limanından İstanbula uçan təyyarə geri qayıtmağa məcbur olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Aviatorschina" Teleqram kanalı məlumat paylaşıb.
Bildirilib ki, "Aeroflot" şirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsində baş verən yanğınla əlaqədar Şeremetyevoya qayıdıb.
Şeremetyevoda “mavi” kodlu təcili xilasetmə qrupu üçün xəbərdarlıq elan edilib. Havaya qalxdıqdan 15 dəqiqə sonra təyyarə yerə uğurla eniş edə bilib. Üç saatdan bir qədər artıq müddətdən sonra "Aeroflot" ehtiyat təyyarə ilə sərnişinləri İstanbula yola salıb.