18 Fevral 01:38
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, bəzi siyasətçilərin müzakirə mövzusuna çevrilən Ümumavropa nüvə arsenalının yaradılması ideyasının NATO üçün heç bir faydası yoxdur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Münxen Təhlükəsizlik Konfransında bununla bağlı suala cavabında deyib: “Bunun heç bir faydası yoxdur”.

Stoltenberq xatırladıb ki, NATO-da nüvə silahına ABŞ, Böyük Britaniya və Fransa sahibdirlər. Bu ölkələr öz fəaliyyətlərini koordinasiya edir, birgə təlimlər keçirir və bütövlükdə nüvə silahının yayılmamasını uğurla təmin edirlər.

“Hansısa paralel sistem ideyası, ABŞ və Böyük Britaniyanın iştirakı olmadan NATO-nun bəzi üzvləri tərəfindən hərbi nüvə imkanlarının dəyərləndirilməsi bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi yalnız zəiflədəcək”, - deyə Alyansın Baş katibi sözlərinə yekun vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər