18 Fevral 20:00
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 985-ə yüksəlib.

Teleqraf com xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi bildirilib.

Nazirlikdən bildirilib ki, anklavda 68 883 fələstinli yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər