18 Fevral 19:44
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyaya ixracı Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 430% artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial mediada qeyd edib.

Məlumata görə, Ermənistanın Qazaxıstana ixracı 1 200%, Qırğızıstana 1 600%, Özbəkistana 250% və BƏƏ-yə 900% artıb.

Bruksun fikrincə, bütün bu mallar Rusiya Federasiyasına verilir.

Bununla da Ermənistan Rusiyaya Qərb sanksiyalarından yayınmaqda yaxından kömək edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər