18 Fevral 23:56
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Ukrayna NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təhlükəsizlik zəmanəti haqqında sazişi imzalaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.

Onun sözlərinə görə, taktiki baxımdan danışıqlar aparılıb və strateji bəyannamə qəbul edilib.

Stefanişina bildirib ki, iki ölkə mütləq təhlükəsizlik zəmanətləri imzalayacaq.

Daha öncə “The Washington Post” qəzeti yazıb ki, ABŞ Ukraynaya 10 il müddətinə təhlükəsizlik zəmanəti verməyi planlaşdırır, plan dörd mərhələdən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər