19 Fevral 00:59
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin cinayətləri ilə müqayisə edən Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın bəyanatından qəzəblənən İsrailin baş naziri Benyamin Netanyahu Braziliyadakı səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Netanyahu Braziliya prezidentinin sözlərini utanc verici və qeyri-ciddi adlandırıb. O vurğulayıb ki, İsrail beynəlxalq hüquqa riayət etməklə öz təhlükəsizliyi və gələcəyini tam qələbəyə qədər təmin etmək üçün mübarizə aparır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər