19 Fevral 08:27
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti dəyişməsi üçün onlara aviasiya, artilleriya gücləndiriciləri, zirehli texnika və uzaqmənzilli raketlər - Taurus, ATACMS və pilotsuz təyyarələr lazımdır.

Teleqraf.com xəbər verir ki, bu barədə UNİAN-a müsahibəsində Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib.

"Bunlar bizə lazım olan vacib komponentlərdir. Bu, silahlara aiddir", - o qeyd edib və əlavə edib ki, Ukraynanın tərəfdaşları sayəsində bu məsələ vəziyyətdən asılı olaraq həll edilə bilər.

Ekspert qeyd edib ki, bu məsələdə insanlar da önəmlidir.

"Hesab edirəm ki, bu məsələ tədricən rotasiya yolu ilə həllini tapacaq. Bundan əlavə, səfərbərlik hələ də davam edir. Qanunun qəbul edilməməsi səfərbərliyin dayandırıldığı anlamına gəlmir", - ekspert vəziyyəti izah edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər