19 Fevral 11:15
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britanıyanın Yəməndə husilərin mövqelərinə zərbələri nəticəsiz oldu. Vaşinqton və London hesab edir ki, bu zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəkdilər, amma bu baş vermədi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Britaniya xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında çinli həmkarı Van Yi ilə görüşündə Pekinin Tehrana təsir etməsini istəyib:

“Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Çindən istəyi oxşardır.

Buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil, əksinə Çin Rusiya ilə birgə ABŞ və Britaniyanın husilərin mövqelərinə zərbə endirməsindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə hərbi hücumlara icazə vermədiyini xatırladıblar.

Vaşinqton və Londonun mövqeyi dəyişməzdir: husilərin dayandırılması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istəklərinin əksinə olaraq, bu məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəmir. Çünki Rusiya və Çin Təhlküəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaq.

ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təhciz etdiyini bildirirlər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə, Vaşinqton hesab edir ki, husiləri dayandırmağın yollarından biri Tehrana təsir etməkdir.

İranın husilərə təsir etmək fikri yoxdur. Halbuki Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkələr artıq Qırmız dəniz və Süveyş kanalından istifad etmək istəmirlər. Bu da gəmilərin daha uzun məsafə seçmələri ilə nəticələnir ki, nəticədə yanacaq və ərzaq məhsullarının bahalaşması müşahidə olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər