19 Fevral 16:38
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin “Ənsarallah” qruplaşması (husilər) Ədən körfəzində Böyük Britaniya gəmisi və Hüdeydə şəhərində ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri Britaniyanın “Rubmayr” gəmisini Qırmızı dənizdə raketlərlə hədəf aldıqlarını bildirib.

Səri gəminin ciddi şəkildə zədələndiyini və tamamilə dayandığını iddia edib.

Gəminin aldığı ciddi zərər nəticəsində Ədən körfəzində batmaq riskinin olduğunu qeyd edən husilərin sözçüsü hücumdan sonra gəmi heyətinin təhlükəsiz şəkildə çıxmasını təmin etdiklərini deyib.

Yəhya Səri Yəmənin hava məkanını pozan ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı da raketlərlə vurduqlarını qeyd edib.

Britaniya və ABŞ tərəfindən hücumla bağlı heç bir açıqlama verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər