19 Fevral 20:36
3 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin vaxtında yardım göstərməməsi, xüsusən artilleriya sursatı və kritik müdafiə sistemləri ilə bağlı çatışmazlıq Ukraynaya Avdiv şəhərini Rusiyanın hücumundan müdafiə etməsinə mane oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Qərbin təchiz etdiyi texnikaların kritik çatışmazlığı və ABŞ-nin hərbi yardımının tamamilə dayandırılması ehtimalı Ukrayna qüvvələrini cəbhə boyu resurslarının sayını azaltmağa məcbur etdi. Bu da Rusiya qoşunlarına vəziyyətdən istifadəyə və Avdivdə hücum əməliyyatlarına başlamağa şərait yaratdı”, - institut bildirir.

Avdivin ələ keçirilməsindən sonra ruslar Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, xüsusən Kupyan və Liman istiqamətində, Avdiv ətrafında, Zaporoje vilayətinin Robotin qəsəbəsi yaxınlığında fəalıqlarını artırıblar.

ISW hesab edir ki, Rusiya ordusunun Xarkov-Luqansk sərhədləri boyunca və Zaporojenin qərbində hücuma başlaması Ukraynanın əks-hücum əməliyyatlarının bərpasına mane ola bilər.

Amerikalı analitiklərə görə, Ukrayna ilin sonuna kimi sadəcə özünü müdafiə etməklə məşğul olsa, bu, ona baha başa gələcək. Söhbət daha böyük ərazilərin Rusiya tərəfindən ələ keçirilməsindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər