25 Yanvar 2015 21:32
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasının idman naziri Armel Sayo silahlılar tərəfindən qaçırılıb.

Teleqraf.com-un Anadolu Agentliyinə istnadən məlumatına görə, nazirin kilsədən çıxarkən səkkiz nəfər silahlı tərəfindən oğurlanıb.

Nazirin qaçırılmasını hələlik heç bir qeyri-leqal təşkilat öz üzərinə götürməyib.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında bundan əvvəl BMT əməkdaşı, Fransa humanitar təşkilatının işçisi və bir yerli din xadimi girov götürülüb, sonradan sərbəst buraxılıblar.


Müəllif:

Oxşar xəbərlər