20 Fevral 10:49
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırmasını aşkar qələbə kimi qəbul edəcək. O hesab edəcək ki, bu, Ukrayna üçün sonun başlanğıcıdır.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Brayan Teylor deyib.

“Putin məlum müsahibəsində Taker Karlsona söyləmişdi ki, hərbi əməliyyatlara son qoymaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız, onda hər şey bir neçə həftəyə bitəcək. O əmindir ki, ABŞ hərbi yardımı dayandırsa, Rusiya qalib gələcək.

Konqresin hərbi yardımı gecikdirməsi artıq Ukrayna ordusunun artilleriya mərmilərindən daha az istifadə etməyə məcbur olmasına gətirib çıxarıb. Ukraynanın mülki əhalini Rusiyanın raket hücumlarından qoruyan müdafiə raketlərinin tükənməsi riski var”, - analitik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər