26 Yanvar 2015 02:37
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstandakı erkən ümumi seçkilərin rəsmi olmayan ilkin nəticələrinə görə, Radikal Sol İttifaq Partiyası 35,47 səs toplayaraq, öndə gedir.

28,82 faiz səs toplayan Yeni Demokratiya Partiyasının ikinci yerə çıxdığı artıq bəllidir. 5,5 ilə 6,5 arasındakı səs nisbətləriylə PUTAMI Partiyası ilə radikal sağçı Qızıl Şəfəq Partiyası üçüncülük üçün yarışır.

Teleqraf.com-un məlumatına görə, səslərin yarıdan çox artıq hesablanıb. Daxili Nazirliyinin məlumatlarına görə, Yunanıstan Kommunist Partiyası (KKE) 5,29, Panhelenik Sosialist Hərəkatı (PASOK) 4,98 və Müstəqil Yunanıstan Partiyası (ANEL) da 4,7 faiz səslə parlamentdə təmsil olunmaq imkanı əldə ediblər.

Keçmiş baş nazir Yorgo Papandreunun partiyası sayılan Demokratik Sosialist Hərəkatı (KIDISO) 2,55 səs toplaya bilib. Partiyaların parlamentdə təmsil olunmaları üçün 3 faizlik səs baryerini aşması lazımdır.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər