İranın cənubunda zəlzələ olub. Yeraltı təkanlar Hürmüzgan əyalətinin mərkəzi Bandar Abbas şəhərində baş verib.
Teleqraf.com-un Anadolu Agentliyinə istinadən məlumatına görə, Tehran universiteti Seysimologiya mərkəzi zəlzələnin 5 bal gücündə olduğunu xəbər verib.
Bildirilir ki, təxminən 8 saniyə davam edən yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub və bir çox insan qorxu ilə küçəyə qaçıb.
Zəlzələnin episentrinin şəhərin 31 km cənubu olduğu, 8 km dərinlikdə olduğu qeyd edilib. İran Qızılaypara cəmiyyətinin əyalət üzrə prezidenti rəsmi “İRNA” agentliyinə verdiyi məlumatda dağıntı və insan tələfatı barədə mərkəzə məlumat daxil olmadığını bildirib.