26 Yanvar 2015 04:32
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xarici işlər naziri Aviqdor Liberman Fransanın İslam peyğəmbərini təhqir edən satirik “Charlie Hebdo” jurnalının İsraildə də satılması və paylanması çağırışı edib.

Teleqraf.com-un məlumatına görə, “Evimiz İsrail” partiyasının lideri də olan nazir partiya üzvlərinə, “Charlie Hebdo” nəşrinin son buraxılışını almağı və pulsuz paylamağı məsləhət görüb.

Liberman, radikal İslamın İsraildə qorxu yaratmasına və söz azadlığını məhdudlaşdırmasına izn verməyəcəklərini deyib.

İsrail knessetinin ərəb mənşəli üzvü Məsud Qanaim bu addımın müsəlmanların ləyaqətini təhqir edəcəyini açıqlayıb:

“Baş nazir Benyamin Netanyahunu “Charlie Hübdo” jurnalının son sayının hətta internetdən də alınmasını qadağan etməyə çağırıram. Bu vəziyyət ölkədəki ərəblərin və müsəlmanların ləyaqətinə təhqirdir”. /anspress.com/


Müəllif:

Oxşar xəbərlər