Almaniyanın federal kansleri Anqela Merkel Rusiya prezidenti Vladimir Putini növbəti dəfə Donbasda münaqişəni dayandırmağa çağırıb.
Teleqraf.com-un məlumatına görə, bu haqda AFR-in Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib:
"Prezident Putinlə söhbətində AFR-in kansleri onu münaqişəni dərinləşdirməkdən çəkinməyə səsləyib. Kansler Rusiya liderini Minsk razılaşmalarının reallaşdırması üçün separatçılara təzyiq göstərməyə çağırıb. Minsk razılaşmalarını imzalamış tərəf kimi, onlar əlaqələndirmə qrupu ilə birlikdə masa araxasında əyləşməyə və razılaşmaları yerinə yetirməyə borcludurlar".
Nail Cəlil