Rusiyanın Ukraynaya qarşı ilhaq siyasətindən geri çəkilmək istəməməsi bu ölkəyə qarşı sanksiyaların getdikcə daha da sərtləşməsinə gətirib çıxarıb. Artıq bu sanksiyalara işğal təhlükəsi ilə üzləşən Ukrayna da qoşulub.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin belə bir addım atmasının yalnız başlanğıc olduğunu bildirib. Qeyd edək ki, Rusiyaya iqtisadi cəhətdən sıx bağlılıq rəsmi Kiyevi uzun müddət Moskva ilə bir qədər ehtiyatlı və mülayim davranmağa vadar edirdi.
Teleqraf.com-un məlumatına görə, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenkonun “Facebook” səhifəsində bildirilir:
"Rusiyaya qarşı sanksiyalara Ukraynanın qoşulması yalnız başlanğıcdır. Sonrakı addımlar bizim tərəfimizdən dünya ictimaiyyəti ilə birgə işlənir. Mariupolda terror aktları, Donetsk, Volnovaxada tördilən vəhşiliklər onu göstərir ki, Rusiyanın təcavüzünün dayandırılması ilə bağlı görülən tədbirlər hələ ki, gözlənilən nəticəni verməyib. Bu, təzyiqlərin gücləndirilməsini tələb edir!".
Nail Cəlil