26 Yanvar 2015 09:46
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kalaşnikov (AK-47) piyada silahı istehsal edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu silah istehsalı şirkəti olan “RWC GROUP” açıqlayıb. Şirkətin təsisçisi Cim Kelli bildirib ki, istehsal bu ilin ikinci yarısından başlanacaq. Silahın 1000 ABŞ dollarına satılacağı gözlənilir.

Qeyd edək ki, ötən il ABŞ prezidenti Barak Obamanın əmri ilə ölkədə Kalaşnikov tipli silahların satışı qadağan olunub. Bu dövrə qədər isə ABŞ-da Kalaşnikov silahları 800-1050 dollara satılıb.

Samir


Müəllif: