23 Fevral 14:59
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya baş nazirinin müavini Matteo Salvini Sardiniya adasının sakinləri ilə görüşündə hicablı qadınlarla bağlı qalmaqallı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, belə qadınları sardiniyalılardan uzaq durmağa çağırıb.

“Mən balaca olanda Kommunist Partiyası vardı, fəhlələrin, balıqçıların, sənətkarların qayğısına qalırdı. Kommunist Partiyası ciddi idi, ciddi problemlərlə maraqlanırdı, hicabla yox. Mənim evimdə İslam örtüyü inkişaf əlaməti deyil. Hicablı qadınlar Sardiniyadan uzaq durmalıdır”, - Salvini vurğulayıb.

İtaliya rəsmisinin sözləri ölkənin müsəlman əhalisi arasında etiraz yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər