27 Fevral 16:57
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Fransa Prezidenti Emmanuel Makronun Qərbin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatını nəzərə alıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Bu, baş verərsə, Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkünlüyündən yox, qaçılmazlığından danışmalı olacağıq. Onu da qeyd etmişik ki, bu hesabla bağlı çox geniş fikirlər var, amma konsensus yoxdur. Parisdə keçirilən həmin tədbirdə iştirak edən bir sıra ölkələr belə bir əməliyyat və qaynar münaqişənin, eləcə də döyüş meydanında birbaşa iştirakın potensial təhlükəsini kifayət qədər ayıq şəkildə qiymətləndirirlər. Əlbəttə, bu, heç də bu ölkələrin maraqlarına uyğun deyil, çünki belə bir durumda bunun bədəlini ödəməli olacaqlar”, - Peskov bildirib.

Makron Parisdə Avropa liderlərinin görüşündən sonra Ukraynaya dəstək üçün yeni addımları açıqlayıb. O bəyan edib ki, Rusiyaya qarşı müharibədə qalib gəlmək üçün Qərbin quru qoşunlarının bu ölkəyə göndərilməsi istisna deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər