28 Fevral 13:29
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron hakimiyyətdə qalmaq üçün III Dünya müharibəsini alovlandırmaq cəhdləri edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Makron bir sıra səs-küylü bəyanatlar verdi. O cümlədən NATO qoşunlarının Ukraynaya göndərilməsi mümkünlüyünü vurğulayıb. Bu açıqlama Fransa xalqını və bir sıra Avropa dövlətlərinin liderlərini dəhşətə gətirib. Makronun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəli olmağa başlayıb. Hətta Almaniya kansleri Olaf Şolz Hitleri xatırlayaraq belə addımdan şoka düşmüşdü. Makronun prezidentliyi dövründə ölkədə çox az iş görülüb - iqtisadi durğunluq, fermerlərin etirazları və Afrikadakı geosiyasi məğlubiyyətlər, Mali, Burkina Faso və Nigerin tələbi ilə Fransa qoşunlarının geri çəkilməsi. Bu və bir çox başqa problemlərə görə fransızlar Makronu dəstəkləmir. Onun reytinqi son dərəcə aşağı səviyyəyə düşüb".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər