ABŞ-nin keçmiş Prezidenti Donald Tramp iki əqli qabiliyyət testindən keçərək hazırkı ölkə lideri Co Baydenə də eyni prosedurdan keçməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, o, nütün prezidentlərin və prezident postuna iddia edənlərin belə bir sınaqdan mütləq keçməli olduğunu deyib.
“Satılmış Co Bayden ağıl testindən keçməlidir. Bəlkə bu yolla onun niyə belə yarıtmaz qərarlar verdiyini öyrənə bilərik. Mən iki testdən keçdim və hər ikisində də səhvsiz!