26 Yanvar 2015 17:51
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov rusiyalı vətəndaşları istirahət üçün Avropadan imtina etməyə çağırıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, İnstagram hesabında yazıb. Onun sözlərinə görə, rusların Avropada istirahət etməyə ehtiyacı yoxdur: “Bizim istirahət etmək üçün Avropaya ehtiyacımız yoxdur. Rusiyanın Avropadan daha yaxşı, gözəl iqlim şəraiti mövcuddur”.

Qeyd edək ki, rublun məzənnəsinin enməsindən sonra 2014-cü ilin dekabrında xaricə gedən rusiyalı turistlərin sayı 50-70 faiz azalıb.

Samir


Müəllif:

Oxşar xəbərlər