26 Yanvar 2015 21:25
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sipras Baş nazir qismində andiçmə mərasimində Bibliyaya and içməkdən imtina edib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əvəzinə o, vətəndaş andı içib.

Yeni Baş nazir deyib: "Cənab Prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm".

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.


Müəllif:

Oxşar xəbərlər