Mozambikdə təbii fəlakət böyük fəsadlara səbəb olub. Daşqınlar nəticəsində ölənlərin sayı 117-yə çatıb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin dekabrından bəri 157 mindən çox insan ölkədə tüğyan edən daşqınlardan zərər çəkib.
Təbii fəlakətlə bağlı ölkədə 41 yardım mərkəzi fəaliyyət göstərir. Xilasedici tədbirlər yollar və körpülərin dağılması ucbatından çətinləşir. Yanvarın 11-dən ölkədə fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, 2013-cü ildə Mozambikdə 100-dən çox insan daşqınların qurbanı olmuşdu, 250 min sakin isə təbii fəlakət zonasını tərk etməyə məcbur olmuşdu.