İraqın paytaxtı Bağdadda hava limanına hücum baş verib. Belə ki, naməlum silahlılar sərnişin təyyarəsini atəşə tutublar.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, insident təyyarə hava limanına eniş edən zaman baş verib.
Təyyarənin Birləşmiş Ərəb Əmirliklərinə məxsus flydubai aviaşirkətinə məxsus olduğu bildirilir. Atəş nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırmalar aparılır