27 Yanvar 2015 07:28
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər dünyasını dəyişib, 47 nəfər isə yaralanıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində daha 47 nəfər xəsarət alıb.

Bəhreyndən İraqa gedən avtobus Küveytin əl-Abdali ərazisində qəzaya uğrayıb. Ölənlər 4 Bəhreyn və 1 Misir vətəndaşıdır.

Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır. Küveyt polisi qəzanın səbəblərini araşdırır.


Müəllif: