27 Yanvar 2015 07:38
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının 5 böyük əyalətində baş verən böyük qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Teleqraf.com-un məlumatına görə, qarın səviyyəsi 1 metri ötdüyündən vətəndaşlara ciddi ehtiyac olmadığı təqdirdə evdən çıxmamaları tövsiyyə olunub.

Bununla bağlı rəsmi açıqlama verən Nyu York ştatının qubernatoru Endryu Kuorno gecə yola çıxacaq taksilərin 300 dollar cərimə olunacağını bildirib. Nyu Cersi ştatında isə nəqliyyatın hərəkəti birmənalı şəkildə qadağan olunub.

Eyni zamanda, məktəblər, təhsil ocaqları bağlanıb. Dərslər qeyri-müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, qar çovğunu səbəbindən ABŞ-da bu günə nəzərdə tutulan 5 mindən artıq təyyarə reysi təxirə salınıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər