Rusiya prezidenti Vladimir Putinin Ukrayna ordusunu NATO legionu kimi qiymətləndirməsi gülüncdür.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, əksinə Ukraynada döyüşən xarici qüvvələr ruslardan ibarətdir. Rusiyanın Ukraynada separatçıları dəstəklədiyini və onları ağır silahlarla təmin etdiyini deyən Stoltenberg Ukraynadakı böhranın həllinin hərbi yolla mümkün olmadığını bildirib.
Stoltenberq həmçinin bölgədəki vəziyyətin gərginləşdiyinə diqqət çəkib: “Ukrayna ordusu ilə rus separatçıları arasında qanlı qarşıdurmalar davam edir. Ölkənin şərqi Minsk müqaviləsinin imzalamasından bu yana ən şiddətli qarşıdurmalara səhnə olur”.
Samir