27 Yanvar 2015 16:35
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya ilə bağlı siyasətinin hədəfi Bəşər Əsəd rejiminin devrilməsidir.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin Suriya ilə bağlı siyasətinin aydın olduğunu bildirib: “Ancaq Əsədlə bu məsələ həll olunmaz. ABŞ prezidenti Barak Obama ilə danışıqlar zamanı bu məsələnin həlli üçün üç addım atılmalı olduğunu dedim. Bunlar uçuşa qadağan bölgə, təhlükəsiz zona və yerli qüvvələr üçün təlim düşərgələrinin yaradılmasıdır”.

Ərdoğanın sözlərinə görə, Əsəd rejimin devrilməsi ABŞ-ın marağında deyil: “Ancaq bunsuz da problemin həlli mümkün olmayacaq. İraqdakı vəziyyət təkrarlana bilər. Şimali İraq yaradıldı, Şimali Suriyanın yaradılmasını istəmirik. Bu bizim üçün yolverilməzdir”.

Samir


Müəllif:

Oxşar xəbərlər