27 Yanvar 2015 18:19
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Rusiyadan S-300 raket komplekslərinin alınmasına dair müqavilənin yerinə yetiriləcəyinə ümid edir.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Cavad Zərif bəyan edib: “İran hesab edir ki, S-300 raket komplekslərinə dair müqavilə qanunlara uyğun olduğundan sanksiyaların təsirinə düşməməli idi. Həmin müqavilə sanksiyalardan əvvəl imzalanıb, digər tərəfdən S-300 kompleksi hücum deyil, müdafiə sistemidir”.

Qeyd edək ki, Tehran 2007-ci ildə Rusiyadan S-300 raket komplekslərinin alınması məqsədilə Moskva ilə müvafiq müqavilə bağlayıb. 800 milyon dollar dəyərində olan həmin müqaviləyə əsasən Rusiya İrana 6 divizion S-300 raket kompleksi satmalı idi.

Lakin BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul etdikdən sonra Moskva Tehranla bağladığı kontraktın yerinə yetirilməsini dondurub. Moskvanın bu addımının müqabilində İran Cenevrə iqtisadi məhkəməsinə müraciət edərək, dəymiş zərərin ödənməsi məqsədilə Rusiyaya qarşı 4 milyard dollarlıq maliyyə iddiası qaldırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər