Qar fırtınası Nyu-York üçün sinoptiklərin proqnozlaşdırdığı qədər də qorxulu olmayıb. Fırtınadan sonra qar örtüyünün qalınlığı yalnız bir sıra rayonlarda əvvəlcədən deyilən 90 santimetr əvəzinə, cəmi 15 santimetrə çatıb.
Teleqraf.com Euronews telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları avtomobil nəqliyyatının hərəkətinə qoyulan qadağanı ləğv ediblər. Bir çox müəssisələr və mağazalar açılıb. Nyu-Yorkun meri şəhərin tezliklə normal həyata qayıdacağını vəd edib.
Qar fırtınası səbəbindən Nyu-York, Filadelfiya və Boston aeroportlarında aviareyslərin 80 faizi ləğv edilmişdi. Meteoroloqların güclü qar yağacağı barədə xəbərdarlığına əsasən səkkiz ştatda fövqəladə vəziyyət rejimi elan olunmuşdu. Meteoroloji xidmət bir müddət sonra potensial təhlükə səviyyəsini azaldıb.