28 Yanvar 2015 02:47
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibana qarşı davam edən əməliyyat nəticəsində 63 terrorçu öldürülüb.

Axar.az xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada Talibana məxsus 6 obyektin vurulduğu və 53 təşkilat üzvünün öldürüldüyü bildirilib.

Digər bir əməliyyat isə Əfqanıstanla sərhəd Haybar əyalətində gerçəkləşib. Bölgəyə təşkil edilən hava hücumları nəticəsində Talibanın “Leşkər-i İslam” qolunun 10 üzvü öldürülüb.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələrinin 15 iyundan etibarən Talibana qarşı davam etdirdiyi əməliyyatlar nəticəsində bu günə kimi təxminən 2.200 terrorçu öldürülüb.


Müəllif: