28 Yanvar 2015 07:03
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail aviasiyası Suriya ərazisində hədəflərə zərbələr endirib. Teleqraf.com-un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb Qolan yüksəkliklərinin olduğu əraziyə raket zərbələrinin endirilməsi göstərilir.

“Ediot Axronot” qəzetinin məlumatına görə, atəş açıldığını xəbərdar edən xüsusi sistem El Rom, Neve Ativ və bir neçə digər yaşayış məntəqələrində işə düşüb.

Bundan əvvəl Qolan yüksəkliklərinin şimal hissəsinə Suriya tərəfindən iki raket atılmışdı. Bundan sonra İsrail ordusu Suriya ərazisində olan hədəflərə zərbələr endirib.


Müəllif: