28 Yanvar 2015 09:27
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk razılaşmalarına əməl olunmayana qədər Rusiyaya qarşı təzyiqlər davam etdirilməlidir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə telefon danışığında səsləndirib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, liderlər Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiyanı məsuliyyətə cəlb edilməsinin vacibliyini bildiriblər.

Həmçinin Merkel Obamaya öz iqtisadiyyatını sabitləşdirmək üçün Ukraynaya maliyyə yardımını davam etdirməyi təklif edib.

Samir


Müəllif:

Oxşar xəbərlər